• info@gafarcompaniesgroup.az
  • +99412 488 63 80

Ölkə iqtisadiyyatı üçün perspektiv əhəmiyyət daşıyan Ələt Azad İqtisadi Zonasında içməli və tullantı su infrastrukturlarının yaradılması işləri davam etdirilir. QafarŞirkətlər Qrupu tərəfindən hazırda iqtisadi zonanın magistral su kəmərləri və yağış sularının kənarlaşdırılması məqsədilə kollektorlar inşa olunur.

Ələt Azad İqtisadi Zonasının içməli su təchizatı sisteminin yaradılması layihəsinə əsasən, ərazinin içməli su təchizatı Kür-Bakı magistral su kəməri  hesabına təmin olunacaq. Bu məqsədlə magistral xətdən birləşmə verilib və zona  ərazisinə 500 mm diametrli borularla magistral su kəməri çəkilib. Eyni zamanda  xüsusi iqtisadi zonanın ərazisindən keçən 1,5 km uzunluğunda olan magistral xətt köçürülərək zona xaricinə çıxarılıb.  

Ərazidə yaranacaq yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə hazırda 500 metr uzunluğunda açıq tipli kanal inşası davam etdilir. Açıq kanala toplanan sular 500 mm diametrli beton borulardan ibarət 3 km uzunluğunda qapalı kollektorlara ötürülərək kənarlaşdırılacaq. Kollektorların avtomobil və dəmir yolu ilə kəsişmələrində ümumi uzunluğu 190 metr olan 2 mikrotunel inşa olunur.