Ələt Azad İqtisadi Zonasında AFEZ-in ümumi sahəsinin 850 hektar olacağı, artıq inşaat işlərinə başlanıldığı, bütün infrastrukturun yaradılması üçün zəruri addımların atıldığı qeyd olunub. Zonanın yaradılmasında əsas məqsədin qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək olduğu bildirilib. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunaraq ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, yeni iş yerlətinin yaradılmasının əsas hədəflərdən olduğu vurğulanıb. Azərbaycanın 25 ildən artıq müddətdə investorlara və onların neft-qaz layihələrinə sərmayə qoymasına güclü zəmanət verdiyi və onların müdafiəsini təmin etdiyi, bunun investorlar üçün əhəmiyyəti diqqət çəkilib. Bu prinsiplərin AFEZ-ə də gətiriləcəyi vurğulanıb. Hal - hazırda "AFEZ" layihəsində Qafar Şirkətlər qrupu tərəfindən yeni siyirtmə quyuların inşaası tam sürətlə davam edir.